Qazaxıstan azərbaycanlılara iş icazəsinin verilməsini dayandırıb

Qazaxıstan azərbaycanlılara iş icazəsinin verilməsini dayandırıb Qazaxıstanda koronavirus səbəbi ilə bir sıra ölkələrdən, o cümlədən Azərbaycandan xarici işçi qüvvəsinin cəlb edilməsi üçün icazələrin verilməsi dayandırılıb.
Biznes
433
2 Mart , 2020 10:03
Qazaxıstan azərbaycanlılara iş icazəsinin verilməsini dayandırıb
google.az

Qazaxıstanda koronavirus səbəbi ilə bir sıra ölkələrdən, o cümlədən Azərbaycandan xarici işçi qüvvəsinin cəlb edilməsi üçün icazələrin verilməsi dayandırılıb.

“Report”“Today.kz” portalına istinadən xəbər verir ki, bu barədə hökumətin iclasında Qazaxıstan Baş nazirinin müavini Yeralı Lukpanov bildirib.

Onun sözlərinə görə, birinci və ikinci kateqoriyalı ölkələr üçün xarici işçi qüvvəsi cəlb etmək üçün icazələrin verilməsi dayandırılıb və bu kateqoriyaya Çin, İran, Honkonq, Makao, Tayvan, Cənubi Koreya, Yaponiya, İtaliya, Sinqapur, Tailand, Azərbaycan daxildir.

Xatırladaq ki, Azərbaycanda 3 nəfər koronavirusa yoluxub.

Son xəbərlər

Orphus sistemi