Qazaxıstan Azərbaycanda Ticarət Evi açmağa hazırlaşır

Qazaxıstan Azərbaycanda Ticarət Evi açmağa hazırlaşır "Qazaxıstan Ticarət Evi Bakıda qeydiyyatdan keçib. Məqsəd ikitərəfli ticarət həcminin artırılması, investisiya, ticarət və iqtisadi əlaqələrin genişləndirilməsidir".
Biznes
372
21 Sentyabr , 2020 16:18
 Qazaxıstan Azərbaycanda Ticarət Evi açmağa hazırlaşır

"Qazaxıstan Ticarət Evi Bakıda qeydiyyatdan keçib. Məqsəd ikitərəfli ticarət həcminin artırılması, investisiya, ticarət və iqtisadi əlaqələrin genişləndirilməsidir".

“Report” Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bunu Qazaxıstan Ticarət Evinin baş direktoru, azərbaycanlı iş adamı Rüfət Rzayev deyib.

"Qazaxıstan səfiri Serjan Abdıkərimovla görüşdə iki ölkənin bazarlarını bilən biri kimi mənə Qazaxıstan Ticarət Evi yaratmaq fikri təklif olunub. Qazaxıstan və Azərbaycan hələ də iqtisadi əlaqələr üçün tamamilə kəşf olunmamış böyük potensiala malikdirlər. Bundan əlavə, Nur-Sultanda artıq Azərbaycan Ticarət Evi fəaliyyət göstərir”.

Xatırladaq ki, 2020-ci ilin yanvar-avqust aylarında Qazaxıstanın Azərbaycana ixracının dəyəri 20,1 milyon ABŞ dolları, Azərbaycandan idxalının dəyəri isə 50,5 milyon ABŞ dolları təşkil edib.

Son xəbərlər

Orphus sistemi