Qazaxıstan Azərbaycan ilə əmtəə dövriyyəsini artırmaq niyyətindədir

Qazaxıstan Azərbaycan ilə əmtəə dövriyyəsini artırmaq niyyətindədir "Azərbaycan Qazaxıstanın çox vacib iqtisadi tərəfdaşıdır. Ötən il ölkələr arasında əmtəə dövriyyəsi 300 milyon ABŞ dolları təşkil edib".
Biznes
7 İyun , 2022 10:18
Qazaxıstan Azərbaycan ilə əmtəə dövriyyəsini artırmaq niyyətindədir

"Azərbaycan Qazaxıstanın çox vacib iqtisadi tərəfdaşıdır. Ötən il ölkələr arasında əmtəə dövriyyəsi 300 milyon ABŞ dolları təşkil edib".

“Report” xəbər verir ki, bunu “QazTrade” Ticarət Siyasətinin İnkişafı Mərkəzi” SC-nin Baş direktoru Azamat Askarulı Bakıda keçirilən Azərbaycan-Qazaxıstan Biznes Forumunda bildirib.

Onun sözlərinə görə, bu ilin birinci rübü ərzində iki ölkə arasında əmtəə dövriyyəsi 100 milyon ABŞ dolları təşkil edib. Qısamüddətli perspektivdə məqsəd bu göstəricini 500 milyon dollara, uzunmüddətli perspektivdə isə 1 milyard dollara çatdırmaqdır.

Son xəbərlər

Orphus sistemi