Qazaxda yeni mebel istehsalı müəssisəsi yaradılıb

Qazaxda yeni mebel istehsalı müəssisəsi yaradılıb Hazırda müəssisədə avadanıqlar quraşdırılılır
Biznes
22 Fevral , 2021 16:23
Qazaxda yeni mebel istehsalı müəssisəsi yaradılıb

Azərbaycandakı əlverişli bines və investisiya mühiti digər sənaye sahələri ilə yanaşı, mebel sənayesinin inkişafı üçün də geniş imkanlar yaradır, yeni mebel istehsalı müəssisələri açılır.

"Report" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, belə müəssisələrdən biri Qazax rayonunda “Saloğlu” Fərdi Firmasının mebel istehsalı fabrikidir. İldə 30 min dəst mebel istehsalı gücündə olacaq müəssisədə 400 yeni iş yeri açılacaq.

İnvestisiya dəyəri 76,1 milyon manat olan fabrikə İqtisadiyyat Nazirliyi investisiya təşviqi sənədi, Sahibkarlığın İnkişafı Fondu 10 milyon manat güzəştli kredit verib.

Mebel istehsalı müəssisəsinin bu ilin I rübü ərzində istifadəyə verilməsi nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi