Bakı. 4 oktyabr. REPORT.AZ/ Vergilər Nazirliyi (VN) Gənclər və İdman Nazirliyinə məxsus “Qazax Olimpiya İdman Kompleksi” MMC-ni dövlət qeydiyyatına alıb.
“Report” VN-ə istinadən xəbər verir ki, kommersiya qurumunun hüquqi ünvanı Qazax rayonu, Xanlıqlar kəndi, nizamnamə kapitalı 7,2 mln. manat, qanuni təmsilçisi Sahib Əli oğlu Namazovdur.