Qarabağda biznes qurmaq istəyən xarici sahibkarların yarıdan çoxu TDT-nin payına düşür

Qarabağda biznes qurmaq istəyən xarici sahibkarların yarıdan çoxu TDT-nin payına düşür Azərbaycanın işğaldan azad edilmiş ərazilərində biznes qurmaq istəyən sahibkarların, o cümlədən xarici iş adamlarının biznes layihələrinin qəbulu üçün bu günə qədər 1 500-dən artıq müraciəti müvafiq formaya uyğun qeydə alınıb.
Biznes
26 Sentyabr , 2023 13:44
Qarabağda biznes qurmaq istəyən xarici sahibkarların yarıdan çoxu TDT-nin payına düşür

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində biznes qurmaq istəyən sahibkarların, o cümlədən xarici iş adamlarının biznes layihələrinin qəbulu üçün bu günə qədər 1 500-dən artıq müraciəti müvafiq formaya uyğun qeydə alınıb.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən 2-ci Türk Dövlətləri Aqro Biznes Forumunda deyib.

"Onların 500-ə qədəri xarici iş adamlarından daxil olan müraciətlərdir. Xarici müraciətlərin yarıdan çoxu Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin payına düşür", - deyə O. Məmmədov əlavə edib.

Son xəbərlər

Orphus sistemi