Qarabağ və Şərqi Zəngəzurda sahibkarlara veriləcək güzəştli kreditlərin şərtləri açıqlanıb

Qarabağ və Şərqi Zəngəzurda sahibkarlara veriləcək güzəştli kreditlərin şərtləri açıqlanıb Azərbaycanın işğaldan azad edilmiş ərazilərində sahibkarlara verilən dövlət zəmanətli, subsidiya mexanizmli kreditlərin maksimal məbləği 4 milyon manat ola bilər.
Biznes
15 noyabr 2023 12:17
Qarabağ və Şərqi Zəngəzurda sahibkarlara veriləcək güzəştli kreditlərin şərtləri açıqlanıb

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində sahibkarlara verilən dövlət zəmanətli, subsidiya mexanizmli kreditlərin maksimal məbləği 5 milyon manat ola bilər.

“Report” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədr müavini Eldar Həmidov Bakıda keçirilən “Dayanıqlı maliyyə və investisiya” mövzusunda II Bakı Forumunda bildirib.

"Bu kreditlər maksimum 7 il müddətinə verilə bilər. Onların təxminən 90 %-i üçün dövlət zəmanəti tətbiq edilir. Həmçinin kreditlər üçün maksimum 3 il olmaqla güzəşt müddəti müəyyən edilir. Güzəşt müddəti kreditin müddətinin yarısından çox olmamalıdır. İllik faiz dərəcəsi maksimum 15 % olan bu kreditlərin 10%-lik hissəsi subsidiyalaşdırılacaq", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi