Qara Dəniz Ticarət və İnkişaf Bankı Bakıda təqdimat keçirəcək

Qara Dəniz Ticarət və İnkişaf Bankı Bakıda təqdimat keçirəcək Təqdimatdan sonra iştirakçılar biznes təkliflərini QDTİB-in nümayəndələri ilə müzakirə edə biləcəklər
Biznes
2000
27 May , 2017 17:15
Qara Dəniz Ticarət və İnkişaf Bankı Bakıda təqdimat keçirəcək

Bakı. 27 may. REPORT.AZ/ Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) iyunun 13-də Bakıda Azərbaycan sahibkarları üçün təqdimat keçirərək bankın strategiyası və xidmətləri barədə məlumat verəcək.

"Report" bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (Azpromo) istinadən xəbər verir.

QDTİB layihələrin orta və uzunmüddətli maliyyələşdirilməsi, korporativ kreditləşdirmə, şirkətlərin kapitalında iştirak və eləcə də zəmanət təklif edir. Tütün məhsulları, araq və brendi, zərərli kimyəvi məhsullar, silah və qumar dövriyyəsi istisna olmaqla, iqtisadiyyatın bütün sektorlarında fəaliyyət göstərən şirkətlər QDTİB-in xidmətlərindən yararlana bilər.

Təqdimatdan sonra iştirakçılar biznes təkliflərini QDTİB-in nümayəndələri ilə müzakirə edə biləcəklər.

Son xəbərlər

Orphus sistemi