Qara Dəniz bölgəsindən ilk dəfə Azərbaycana geyim məhsulları idxal edilib

Qara Dəniz bölgəsindən ilk dəfə Azərbaycana geyim məhsulları idxal edilib Bu ilin yanvar-noyabr aylarında Türkiyənin Şərqi Qara Dəniz bölgəsindən ilk dəfə Azərbaycana (Naxçıvan) hazır geyim və geyim məhsulları ixrac edib.
Biznes
26 Dekabr , 2020 15:10
Qara Dəniz bölgəsindən ilk dəfə Azərbaycana geyim məhsulları idxal edilib

Bu ilin yanvar-noyabr aylarında Türkiyənin Şərqi Qara Dəniz bölgəsindən ilk dəfə Azərbaycana (Naxçıvana) hazır geyim və geyim məhsulları ixrac edilib.

“Report” Anadolu Agentliyinə istinadən xəbər verir ki, bu barədə Şərqi Qara Dəniz İxracatçıları Birliyinin (DKİB) hesabatında bildirilir.

Məlumata görə, DKİB eyni dövrdə Azərbaycandan başqa İspaniya, Belçika, İsveçrə, Çexiya, Rusiya, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Sudan, Senegal, Qana, Konqo, Uqanda, ABŞ, Livan, Suriya, İraq və Səudiyyə Ərəbistanına da ilk dəfə olaraq hazır geyim və geyim məhsulları ixrac edib.

Hesabat dövründə Şərqi Qara Dəniz bölgəsindən 41 ölkəyə 12,680 mln ABŞ dollarlıq 7 345 ton hazır geyim və geyim məhsulları ixrac olunub ki, bu da çəkidə ötən ilin eyni dövrü ilə müqayisədə 3,6 dəfə, dəyərdə isə 100 % çoxdur.

Bu ilin 11 ayında bölgədən ən çox məhsul ixrac edilən ölkələr sıralamasında ilk 3-lükdə 4,307 mln ABŞ dollarla Hollandiya, 2,239 mln ABŞ dollarla Almaniya və 1,304 mln ABŞ dollarla İtaliya qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi