Qan ver, yaşat!

Qan ver, yaşat! 8 May bütün dünyada Beynəlxalq Talassemiya Günü kimi qeyd edilir. Hər il minlərlə uşaq talassemiya və hemofiliya diaqnozu ilə anadan olur.
Biznes
5 may 2023 12:02
Qan ver, yaşat!

8 May bütün dünyada Beynəlxalq Talassemiya Günü kimi qeyd edilir. Hər il minlərlə uşaq talassemiya və hemofiliya diaqnozu ilə anadan olur.

Valideynlərdən uşağa gen vasitəsilə keçən, ağır irsi qan xəstəliyi olan talassemiya-genetik defekt nəticəsində hemoqlobin sintezinin pozulması və xroniki anemiya ilə xarakterizə olunur.

Anadangəlmə qanın laxtalanma prosesinin pozğunluğu olan hemofiliya xəstəliyi isə yalnız ondan əziyyət çəkən şəxslərin deyil, ümumilikdə dövlətin və cəmiyyətin sosial – iqtisadi problemidir.

Qan vermək bizim 15 dəqiqəmizi alsa da, irsi qan xəstəliklərindən, xüsusilə, talassemiya və hemofiliya, həmçinin leykozdan əziyyət çəkən insanlara bir ömür bəxş edir.

"Sağlam Ailə" Tibb Mərkəzi və Milli Hemotologiya və Transfuziologiya Mərkəzinin Qan Bankının birgə təşkilatçılığı ilə mayın 8-də saat 11:00-dan 16:00-a qədər "Sağlam Ailə" Tibb Mərkəzinin "Nərimanov" filialında yuxarıda qeyd olunan xəstəliklərdən əziyyət çəkən insanlar üçün qanvermə aksiyası təşkil olunacaq.

Həmrəy olaq, diqqət və qayğı göstərək, ən əsası QAN VERƏK Kİ, QANA EHTİYACI OLANLARI YAŞADAQ!

Son xəbərlər

Orphus sistemi