“Qala” sığorta qrupunun rəsmisi dağ-mədən şirkəti yaradıb

“Qala” sığorta qrupunun rəsmisi dağ-mədən şirkəti yaradıb İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Azdağmədən” MMC-ni dövlət qeydiyyatına alıb.
Biznes
359
21 Yanvar , 2021 14:30
“Qala” sığorta qrupunun rəsmisi dağ-mədən şirkəti yaradıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Azdağmədən” MMC-ni dövlət qeydiyyatına alıb.

“Report” nazirliyə istinadən xəbər verir ki, yeni şirkət Bakı şəhəri, Nəsimi rayonu, Abbasqulu ağa Bakıxanov küçəsi, 6 ("Bridge Plaza" iş mərkəzi) ünvanında qeydiyyatdan keçib.

Onun nizamnamə kapitalı 20 manat, qanuni təmsilçisi isə Polad Akif oğlu Hümmətovdur. Söhbət “Qala Həyat Sığorta” və “Qala Sığorta” ASC-lərin Təşfiş Komissiyalarının sədrindən gedir.

“Azdağmədən”in hüquqi ünvanı isə sözügedən sığorta şirkətlərinin səhmlərinin müvafiq olaraq 90%-nə və 100%-nə nəzarət edən “AzRe Təkrarsığorta” ASC-yə məxsusdur. Bu ünvanda vaxtaşırı təkrarsığortaçının səhmdarlarının yığıncaqları keçirilir.

Son xəbərlər

Orphus sistemi