PwC şirkəti “Blokçeyn” texnologiyası ilə bağlı tədbir keçirib

PwC şirkəti “Blokçeyn” texnologiyası ilə bağlı tədbir keçirib PwC və “Microsoft” şirkətinin aparıcı ekspertləri 30-dan artıq vergi mütəxəssisinin iştirak etdiyi interaktiv sessiyalar təşkil edib
Biznes
13 Sentyabr , 2017 15:34
PwC şirkəti “Blokçeyn” texnologiyası ilə bağlı tədbir keçirib

Bakı. 13 sentyabr. REPORT.AZ/ Sentyabrın 12-13-də PwC şirkəti “Microsoft”la birgə Azərbaycan Vergilər Nazirliyi üçün “Blokçeyn” (blockchain) texnologiyaları mövzusunda seminar keçirib. 

Bu barədə “Report”a PwC-nin Mətbuat xidmətindən məlumat verilib.

PwC Qlobal Vergi İdarəetməsi üzrə Məsləhət Xidmətləri komandası və “Microsoft” şirkətindən olan mütəxəssislər seminar iştirakçılarına vergi hesabatlarının vergi qanunvericiliyinə uyğun hazırlanması, iqtisadiyyatın rəqəmsallaşması sahəsindəən son tendensiyalar və onun vergi sistemi və idarəetməsinə təsiri ilə bağlı məlumat verib.

Mütəxəssislər həmçinin yeni texnoloji həll yollarından istifadə etməklə, effektiv vergi idarəetmə sisteminin yaradılmasına dair praktiki məsləhətlər verib. Seminarda xüsusilə məlumatların real iş rejimində daha geniş auditoriyaya çatdırılması, eləcə də vergi ödəyiciləri və vergi orqanlarının həmin məlumatların düzgünlüyünə etibar edə biləcəyi sistemin yaradılmasında “Blokçeyn” texnologiyasının imkanları müzakirə edilib.

Seminarın proqramında PwC və “Microsoft” şirkətinin aparıcı ekspertləri otuzdan artıq vergi mütəxəssisinin də iştirak etdiyi interaktiv sessiyalar təşkil edib.

Açıqlamada deyilir ki, texnoloji transformasiyanın tətbiqi PwC-nin Azərbaycanda və qlobal səviyyədə strateji prioritetlərindən biridir: “Son zamanlar hökumət və biznes idarələri səmərəliliyinin artırılması, proseslərin təkmilləşdirilməsi və risklərin idarə edilməsi üçün texnologiyalardan istifadə edilməsinin dəyərini anlayır. PwC olaraq biz bilik və təcrübəmizi istifadə etməyə və rəqəmsallaşdırma prosesində Azərbaycanı dəstəkləməyə hazırıq”.

Qeyd edək ki, PwC-nin Bakı ofisində 6 ölkədən 130-dan artıq mütəxəssisimiz yeni perspektivlərin yaradılması və müştərilərimizə praktiki mәslәhәtlәrin verilməsi üçün öz bilik, təcrübə və fikirlərini bölüşür.

PwC dünyanın 157 ölkəsində audit, vergi və məsləhət xidmətləri sahəsində yüksək keyfiyyəti xidmətlər göstərən 223 min mütəxəssisin çalışdığı şirkətlər şəbəkəsidir.

Son xəbərlər

Orphus sistemi