"PwC Azərbaycan" şirkətinin Marşallar Komandası Formula 1-ə qatılıb

"PwC Azərbaycan" şirkətinin Marşallar Komandası Formula 1-ə qatılıb Bakı. 2 may. REPORT.AZ/ Bu il PwC Azərbaycan şirkətinin Marşallar Komandası 2018-ci il Azərbaycan Qran Prisində Sektor 1-də 42 marşaldan ibarət olan heyəti ilə uğurun üçüncü ilini qeyd edib.
Biznes
2 May , 2018 17:30
PwC Azərbaycan şirkətinin Marşallar Komandası Formula 1-ə qatılıb

Bakı. 2 may. REPORT.AZ/ Bu il PwC Azərbaycan şirkətinin Marşallar Komandası 2018-ci il Azərbaycan Qran Prisində Sektor 1-də 42 marşaldan ibarət olan heyəti ilə uğurun üçüncü ilini qeyd edib.

Bu barədə “Report”a “PwC Azerbaijan” şirkətindən məlumat verilib.

Məlumata görə, keçmiş iki ildə olduğu kimi komanda yüksək nəticə və nümunəvi komanda ruhu nümayiş etdirib.

Bu il komandaya İnsan Resursları Departamentində çalışan keçmiş idmançı, gənc və peşəkar xanım İnara Namaliyeva başçılıq etmişdir. Eyni zamanda PwC Azərbaycan Şirkətinin iki nümayəndəsi - komandada Baş Müşahidəçi qismində şirkətin İnsan Resursları və Təşkilat üzrə Lideri Rəna Rzayeva və yarışdan əvvəl avtomobillərin texniki yoxlaması üzrə mütəxəssis qismində - İnformasiya Texnologiyaları Departamentinin Rəhbəri Namiq Hacıyev iştirak ediblər.

Yarışın ən dramatik anı iki Red Bull sürücüsünün bir biri ilə toqquşması bizim sektorda baş vermişdir. Qəzanın nəticələri qısa bir zamanda bizim marşallar tərəfindən aradan qaldırılmışdır; onlar yolu təmizləyib sürücülərə köməklik edib. Formula 1 yarışı ilə yanaşı, Formula 2 yarışlarından olan üç maşın bizim komanda tərəfindən bərpa edilib.

"Bir-birinə dəstək olmaq, problemlərin həlli yollarını tapmaq, bizi bir qrup kimi və ayrı-ayrılıqda daha güclü edir. Son üç il ərzində F1 təcrübəsi bizi özümüzü sınamaq və ölkəmiz üçün əhəmiyyətli addımlar atmaq üçün böyük bir fürsət vermişdir. Komandamızın real həyatda bütün PwC dəyərlərini və məqsədlərini nümayiş etdirməsindən qürur duyuram" - deyə PwC Azərbaycanın Ölkə üzrə Partnyoru, Mövlan Paşayev qeyd edib.

Son xəbərlər

Orphus sistemi