Proqnoz: Qarşıdakı 20 ildə 37 min 390 yeni təyyarəyə ehtiyac olacaq

Proqnoz: Qarşıdakı 20 ildə 37 min 390 yeni təyyarəyə ehtiyac olacaq Bakı. 7 iyul. REPORT.AZ/ Qarşıdakı 20 il ərzində beynəlxalq sərnişindaşımanın ildə, təxminən, 4,4% böyüməsi ilə dünyada 37 min 390 ədəd yeni sərnişin və yük təyyarəsinə ehtiyac yaranacaq.
Biznes
7 İyul , 2018 12:44
Proqnoz: Qarşıdakı 20 ildə 37 min 390 yeni təyyarəyə ehtiyac olacaq

Bakı. 7 iyul. REPORT.AZ/ Qarşıdakı 20 il ərzində beynəlxalq sərnişindaşımanın ildə, təxminən,  4,4% böyüməsi ilə dünyada 37 min 390 ədəd yeni sərnişin və yük təyyarəsinə ehtiyac yaranacaq.

“Report” bu barədə “Airbus” şirkətinin 2018 - 2037-ci illər üzrə beynəlxalq bazar proqnozuna əsasən xəbər verir.

Proqnoza görə, 37 min 390 yeni təyyarənin 26 min 540 ədədi böyümək, 10 min 850 ədədi isə köhnə nəsil təyyarələri əvəz etmək üçündür.  Bundan başqa, bu müddətdə dünyada sərnişin təyyarə parkının 2 dəfə artaraq 48 minə yüksəlməsi təxmin edilir. Proqnoza əsasən, 48 minə çatacaq təyyarə parkında 540 min yeni pilota ehtiyac yaranacaq.

Son xəbərlər

Orphus sistemi