Polşanın “LOT” aviaşirkəti Varşavadan Bakıya birbaşa reyslərə başlayacaq

Polşanın “LOT” aviaşirkəti Varşavadan Bakıya birbaşa reyslərə başlayacaq Polşanın “LOT” aviaşirkəti may ayından etibarən Varşava-Bakı istiqamətində birbaşa reyslərə başlayacaq.
Biznes
22 Mart , 2022 05:49
Polşanın “LOT” aviaşirkəti Varşavadan Bakıya birbaşa reyslərə başlayacaq

Polşanın “LOT” aviaşirkəti may ayından etibarən Varşava-Bakı istiqamətində birbaşa reyslərə başlayacaq.

“Report” AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə məlumat aviaşirkətin sosial şəbəkələrdəki hesablarında yayılıb. Qeyd edilib ki, Bakı şəhəri aviaşirkətin uçuş şəbəkəsindəki növbəti şəhər olacaq.

Varşava Şopen Beynəlxalq Aeroportundan Bakıya uçuşlar həftədə dörd dəfə (çərşənbə axşamı, çərşənbə, cümə və şənbə günləri) həyata keçiriləcək. İlk uçuş mayın 27-də baş tutacaq.

Aviaşirkətin internet səhifəsində Varşava-Bakı arasında uçuşlar üçün biletlərin satışına start verilib.

Son xəbərlər

Orphus sistemi