Polşa səfirliyi vizaların verilməsini bərpa edir

Polşa səfirliyi vizaların verilməsini bərpa edir Səfirlik viza müraciəti üçün yeni qaydaları açıqlayıb
Biznes
916
22 İyul , 2020 16:45
Polşa səfirliyi vizaların verilməsini bərpa edir

Bu il iyulun 27-dən etibarən Polşanın Azərbaycandakı Səfirliyinin Konsulluq və Polşa Diasporası Departamenti milli viza üçün müraciətlərin qəbulunu bərpa edəcək.

“Report” xəbər verir ki, bu barədə Səfirliyin yaydığı məlumatda deyilir.

Məlumata əsasən, Şengen vizası üçün müraciətlər yalnız təcili və əsaslandırılmış hallarda (konsulun qərarı ilə) qəbul olunur.

Viza üçün müraciət etmə ehtimalı yalnız Polşa Respublikasının ərazisinə daxil olmaq üçün səlahiyyətli şəxslərə şamil olunur https://www.gov.pl/…/pola-respublikas-srhdlrini-kemk-v-mtlq…

Bundan əlavə, Səfirlik viza müraciəti üçün yeni qaydaları da açıqlayıb:

- Konsulluğun qarşısında gözləyənlərin sayını azaltmaq məqsədi ilə təyin edilmiş vaxtda gəlmək xahiş olunur
- Vətəndaşların arasında əz azı 2 metr məsafə saxlamaq və Səfirliyin və Konsulluğun qarşısında 5 nəfərdən çox toplaşmamaq da tələblər arasındadır
- Konsulluğa daxil olarkən qoruyucu maska taxılması və əllərin dezinfeksiya edilməsi xahiş olunur
- Konsulluğa müraciət edən şəxsi müşayiət edənlər buraxılmır
- Qəbul günü və vaxtı təyin olunmayan, habelə vaxtı təyin olunduqda, təyin olunan vaxtda Konsulluğa görüşə gecikənlərə xidmət göstərilməyəcək. 

Son xəbərlər

Orphus sistemi