Perm vilayətinin qubernatoru Azərbaycanla əməkdaşlığın inkişafını müzakirə edəcək

Perm vilayətinin qubernatoru Azərbaycanla əməkdaşlığın inkişafını müzakirə edəcək Rusiyanın Perm vilayətinin qubernatoru Dmitri Maxoninin başçılıq etdiyi nümayəndə heyəti iyunun 1-dən 3-dək Azərbaycanda rəsmi səfərdə olacaq.
Biznes
1 İyun , 2022 16:13
Perm vilayətinin qubernatoru Azərbaycanla əməkdaşlığın inkişafını müzakirə edəcək

Rusiyanın Perm vilayətinin qubernatoru Dmitri Maxoninin başçılıq etdiyi nümayəndə heyəti iyunun 1-dən 3-dək Azərbaycanda rəsmi səfərdə olacaq.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, qubernator Bakı Enerji həftəsi çərçivəsində keçirilən Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində nümayiş olunan Perm vilayətinin stendinə baş çəkəcək.

Onun həmçinin Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov, Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov, Azərbaycanın energetika naziri Pərviz Şahbazovla görüşləri planlaşdırılıb.

Sərgidən sonra Dmitri Maxonin Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti vəzifəsinin müvəqqəti icraçısı Rövşən Nəcəflə danışıqlar aparacaq.

Görüşlərdə əsas müzakirə mövzuları Perm ilə Azərbaycan arasında əməkdaşlıq, müəssisələrin sənaye kooperasiyası, Prikamyeyə biznes missiyalarının təşkili olacaq.

Son xəbərlər

Orphus sistemi