Elektron ticarətin geyim idxalçılarına yaratdığı problemlər müzakirə olunub

Elektron ticarətin geyim idxalçılarına yaratdığı problemlər müzakirə olunub İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva "Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyası" İctimai Birliyinin üzvləri ilə onlayn formatda görüşüb.
Biznes
27 May , 2022 10:13
Elektron ticarətin geyim idxalçılarına yaratdığı problemlər müzakirə olunub

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva "Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyası" İctimai Birliyinin üzvləri ilə onlayn formatda görüşüb.

"Report" bu barədə Xidmətə istinadən xəbər verir.

Məlumata görə, Assosiasiya 200-dən çox brend geyim mağazasını birləşdirən vergi ödəyicilərini təmsil edir. Görüşdə sektorda mövcud vəziyyət, sahibkarların vergitutma sahəsində qarşılaşdığı çətinliklər, pərakəndə geyim idxalı sahəsində istehlakçıların fərdi şəkildə elektron ticarət vasitəsilə mal idxalının bu sektorda fəaliyyət göstərən şirkətlər üçün haqsız rəqabət şəraiti yaratdığı hallar, rəsmi idxalçılara vergi güzəştlərinin verilməsinin mümkünlüyü, sektorun inkişafı üçün sahibkarların qaldırdığı məsələlər müzakirə olunub.

Sahibkarların təklifləri qeydə alınıb və onların öyrənilməsi istiqamətində əməkdaşlığın davam etdiriləcəyi iştirakçıların diqqətinə çatdırılıb.

Son xəbərlər

Orphus sistemi