Pekin və Sian şəhərlərində Azərbaycan-Çin biznes forumları təşkil olunacaq

Pekin və Sian şəhərlərində Azərbaycan-Çin biznes forumları təşkil olunacaq Bakı. 2 fevral. REPORT.AZ/ İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərliyi ilə rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti fevralın 5-7-də Çinə səfər edəcək.
Biznes
2 Fevral , 2018 12:02
Pekin və Sian şəhərlərində Azərbaycan-Çin biznes forumları təşkil olunacaq

Bakı. 2 fevral. REPORT.AZ/ İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərliyi ilə rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti fevralın 5-7-də Çinə səfər edəcək.

“Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan nümayəndə heyəti "Kəmər və Yol" layihəsinin təşviqində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun rolu" mövzusunda Beynəlxalq Konfransda iştirak edəcək. Konfransda iqtisadiyyat naziri Azərbaycanın tranzit potensialına dair çıxış edəcək, Türkiyə, Qazaxıstan və Gürcüstan nümayəndə heyətlərinin rəhbərləri ilə müzakirələr aparacaq.

Səfər çərçivəsində Ş.Mustafayev Çinin nəqliyyat naziri, kommersiya nazirinin müavini - Çinin Beynəlxalq ticarət məsələləri üzrə nümayəndəsi, Milli İnkişaf və İslahatlar Komitəsinin, İpək Yolu Fondunun və İpək Yolu Beynəlxalq Ticarət Palatasının rəhbərləri, Şansi əyalətinin qubernatoru ilə görüşəcək.

Azərbaycan nümayəndə heyətinin Çinə səfəri zamanı Pekində Azərbaycanın Çindəki Ticarət Nümayəndəliyinin ofisinin rəsmi açılışı olacaq.

Bundan başqa, səfər zamanı Pekin və Sian şəhərlərində biznes forumlar təşkil olunacaq. Biznes forumlarda rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, sənaye, İKT, turizm və s. sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak edəcək. Bu tədbirlərdə həmçinin, "EXPO-2025" Sərgisinə Bakının namizədliyi ilə bağlı video təqdimat keçiriləcək.

Səfərin son günü - fevralın 7-də isə Sian şəhərində İpək Yolu Beynəlxalq Ticarət Palatasının təşkilatçılığı ilə Azərbaycanın investisiya mühitinə dair təqdimat təşkil ediləcək.

Son xəbərlər

Orphus sistemi