Paytaxtın ictimai iaşə dövriyyəsi 80 % artıb

Paytaxtın ictimai iaşə dövriyyəsi 80 % artıb ​​​​​​​Bu ilin yanvar-may aylarında Bakıda ictimai iaşə dövriyyəsinin həcmi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 80,1 % artaraq 374 milyon manat olub
Biznes
2 İyul , 2022 13:32
Paytaxtın ictimai iaşə dövriyyəsi 80 % artıb

Bu ilin yanvar-may aylarında Bakıda ictimai iaşə dövriyyəsinin həcmi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 80,1 % artaraq 374 milyon manat olub.

Bu barədə “Report”a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Məlumata görə, hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 217,4 milyon manat olub. Bu da ümumi dövriyyənin 58,1 %-ini təşkil edib.

Son xəbərlər

Orphus sistemi