Paytaxtda ödənişli xidmətlərin dəyəri 10% azalıb

Paytaxtda ödənişli xidmətlərin dəyəri 10% azalıb Hüquqi şəxslər tərəfindən əhaliyə göstərilən xidmətlər onların ümumi dəyərinin 74,4%-ini təşkil edib
Biznes
615
5 May , 2021 16:47
Paytaxtda ödənişli xidmətlərin dəyəri 10% azalıb

Bu ilin yanvar-mart aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 1 mlrd 130,2 mln manat olub.

Bu barədə “Report” Bakı şəhər Statistika İdarəsinə istinadən məlumat verib.

Məlumata görə, bu, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 10% azdır.

Belə ki, hüquqi şəxslər tərəfindən əhaliyə 840,7 mln manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 74,4%-ini təşkil edib.

Son xəbərlər

Orphus sistemi