“PAŞA Holdinq”in şirkəti təşkilati-hüquqi formasını dəyişir

“PAŞA Holdinq”in şirkəti təşkilati-hüquqi formasını dəyişir “Sahil Az Ko” Mənzil Tikinti Kooperativi (MTK) təşkilati-hüquqi formasını dəyişərək MMC-yə çevrildiyini elan edib.
Biznes
1489
2 Dekabr , 2020 12:29
“PAŞA Holdinq”in şirkəti təşkilati-hüquqi formasını dəyişir

“Sahil Az Ko” Mənzil Tikinti Kooperativi (MTK) təşkilati-hüquqi formasını dəyişərək MMC-yə çevrildiyini elan edib.

“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.

Xatırladaq ki, “Sahil Az Ko” 2006-cı ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 750 min manatdır. Kommersiya qurumu "Azinko Holdinq" MMC ilə eyni hüquqi ünvanda - Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, 3-də qeydiyyatdan keçib.

Bununla belə, MTK-nın qanuni təmsilçisi Səidə Əflatun qızı Baxşiyevadır ki, o da həm də “PAŞA Holdinq” MMC-nin bir qədər əvvəl yaratdığı “Baku Vinter Park Hotel Company” MMC-nin direktorudur.

Son xəbərlər

Orphus sistemi