“PAŞA Holdinq” hotelçilik şirkətinə daha 1,5 milyon manat “maya qoyub”

“PAŞA Holdinq” hotelçilik şirkətinə daha 1,5 milyon manat “maya qoyub” Şirkətin kapitalı 7,85 milyon manatdan 9,35 milyon manata çatdırılıb
Biznes
104
13 Fevral , 2021 10:35
“PAŞA Holdinq” hotelçilik şirkətinə daha 1,5 milyon manat “maya qoyub”

“PAŞA Holdinq” MMC-yə məxsus “Absheron Hotel Group” MMC-nin nizamnamə kapitalı 1,5 milyon manat və yaxud 19,1 % artırılıb.

“Report” xəbər verir ki, şirkətin kapitalı 7,85 milyon manatdan 9,35 milyon manata çatdırılıb.

Xatırladaq ki, “Absheron Hotel Group” 2013-cü ildə yaradılıb. Şirkət, adından da göründüyü kimi, hotelçilik sahəsində fəaliyət göstərir, holdinqə məxsus hotel şəbəkəsinin idarə edilməsi ilə məşğuldur.

Son xəbərlər

Orphus sistemi