“PAŞA Holdinq”ə məxsus şirkətin nizamnamə kapitalı kəskin artırılıb

“PAŞA Holdinq”ə məxsus şirkətin nizamnamə kapitalı kəskin artırılıb Şirkətin kapitalı 100 000 manatdan 5 894 600 manata çatdırılıb
Biznes
112
10 Mart , 2021 15:19
“PAŞA Holdinq”ə məxsus şirkətin nizamnamə kapitalı kəskin artırılıb

“PAŞA Holdinq” MMC-nin strukturuna daxil olan “PMD Group” MMC-nin törəmə şirkəti “PMD Hospitality" MMC-nin nizamnamə kapitalı 5 794 600 manat, yaxud 58,95 dəfə artırılıb.

"Report" xəbər verir ki, şirkətin kapitalı 100 000 manatdan 5 894 600 manata çatdırılıb.

Xatırladaq ki, “PMD Hospitality" 2018-ci ildə yaradılıb. Şirkət “PAŞA Holdinq”lə eyni hüquqi ünvanda – Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 153-də fəaliyyət göstərir. “PMD Group” həmin il eyni hüquqi ünvanda digər törəməsi "PMD Projects" MMC-ni də qeydiyyatdan keçirib.

Son xəbərlər

Orphus sistemi