“PAŞA Holdinq” 2 yeni şirkət yaradıb

“PAŞA Holdinq” 2 yeni şirkət yaradıb Bakı. 22 dekabr. REPORT.AZ/ Vergilər Nazirliyi “Grand-Agro Invitro” MMC-ni dövlət qeydiyyatına alıb.
Biznes
4629
22 Dekabr , 2017 17:52
“PAŞA Holdinq” 2 yeni şirkət yaradıb

Bakı. 22 dekabr. REPORT.AZ/ Vergilər Nazirliyi “Grand-Agro Invitro” MMC-ni dövlət qeydiyyatına alıb.

“Report” Nazirliyə istinadən xəbər verir ki, yeni şirkət “PAŞA Holdinq” MMC ilə eyni hüquqi ünvanda - Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 153-də qeydiyyatdan keçib. Onun nizamnamə kapitalı 10 min manat, qanuni təmsilçisi isə Məcnun Qadir oğlu Məmmədovdur.

Şirkətlər qrupu ilə eyni hüquqi ünvanı bölüşən daha bir yeni müəssisə isə “Agro Supply” MMC-dir. Onun nizamnamə kapitalı 100 min manat, qanuni təmsilçisi isə Zaur Rauf oğlu Mikayılovdur. 

Yeni şirkətlərin adları onların aqrar sektorla bağlı olduqlarını göstərir. 

Son xəbərlər

Orphus sistemi