İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi tədbirləri barədə sahibkarların məlumatlandırılması üçün onlayn maarifləndirmə tədbirlərinə başlayıb.
Bu barədə "Report"a KOBİA-dan bildirilib.
İlk belə onlayn tədbir pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin dövlət tərəfindən ödənilməsi mövzusuna həsr olunub. Onlayn tədbir çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin və KOBİA-nın nümayəndələri pandemiyadan zərər çəkmiş sahibkarlıq subyektlərinin muzdlu işçilərinə əməkhaqqının ödənilməsi prosesi barədə məlumat verib, sahibkarları maraqlandıran sualları cavablandırıblar.
Onlayn tədbir KOBİA-nın "Facebook" səhifəsi (
Məlumat verilib ki, pandemiyanın zərər vurduğu fəaliyyət sahələrində çalışan 300 min muzdlu işçinin (əmək müqaviləsi olan) əməkhaqlarının müəyyən hissəsinin ödənilməsi üçün sahibkarlara dövlət tərəfindən 215 milyon manat maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulur. Qeydiyyatda olan bütün vergi ödəyiciləri İnternet Vergi İdarəsindəki (
Sabah saat 15:00-da isə koronavirus pandemiyasından zərər çəkmiş fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi barədə onlayn tədbir təşkil olunacaqdır. Sahibkarlar qeyd olunan saatda KOBİA-nın "Facebook" səhifəsinə qoşulmaqla onlayn tədbiri izləyə və onları maraqlandıran sualları verə bilərlər.
Qeyd: KOBİA ölkə üzrə xüsusu karantin rejiminin elan edildiyi 24 mart tarixindən etibarən kiçik və orta sahibkarlara onlayn xidmətlər göstərir (012 404-04-01, 131 Çağrı Mərkəzi,