Pandemiyadan zərər çəkmiş fərdi mikrosahibkarlara 113 milyon manat maliyyə dəstəyi verilib

Pandemiyadan zərər çəkmiş fərdi mikrosahibkarlara 113 milyon manat maliyyə dəstəyi verilib Bu günə qədər Azərbaycanda koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi mikrosahibkarlara maliyyə dəstəyi proqramı üzrə ayrılmış vəsaitdən 113 055,9 min manat 107 385 vergi ödəyicisinin bank hesabına köçürülüb.
Biznes
119
1 Dekabr , 2021 17:20
Pandemiyadan zərər çəkmiş fərdi mikrosahibkarlara 113 milyon manat maliyyə dəstəyi verilib

Bu günə qədər Azərbaycanda koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi mikrosahibkarlara maliyyə dəstəyi proqramı üzrə ayrılmış vəsaitdən 113 055,9 min manat 107 385 vergi ödəyicisinin bank hesabına köçürülüb.

"Report" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva məlumat verib.

Bundan başqa, onun sözlərinə görə, muzdlu işçilərin əmək haqlarının müəyyən hissəsinin ödənilməsi ilə bağlı ayrılmış vəsaitdən isə 250 053,2 min manat 25 155 vergi ödəyicisinin bank hesabına köçürülüb. Həmin vəsait 243 517 muzdlu işçini əhatə edib.

Son xəbərlər

Orphus sistemi