Pandemiya ilə mübarizəyə dair maarifləndirmə tədbirlərinə özəl sektor da qoşuldu

Pandemiya ilə mübarizəyə dair maarifləndirmə tədbirlərinə özəl sektor da qoşuldu Videoçarxın əsas çağırışı “Biz Birlikdə Güclüyük” şüarıdır
Biznes
1750
10 İyul , 2020 18:01
Pandemiya ilə mübarizəyə dair maarifləndirmə tədbirlərinə özəl sektor da qoşuldu

Ölkə ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması, vətəndaşlar tərəfindən zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunması istiqamətində həyata keçirilən maarifləndirmə tədbirlərinə dəstək məqsədilə dövlət-özəl tərəfdaşlığı çərçivəsində daha bir maarifləndirici videoçarx hazırlanıb.

“Report”un Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən verdiyi məlumata görə, KOBİA, "ZiraatBank Azərbaycan" və "Times Consulting" şirkətinin birgə təşəbbüsü ilə hazırlanmış videoçarxda koronavirus infeksiyasının təhlükəsi, sosial davranış qaydalaraına riayət edilməsinin vacibliyi bir daha vətəndaşların diqqətinə çatdırılır. Videoçarxın əsas çağırışı “Biz Birlikdə Güclüyük” şüarıdır.

Qaydalara əməl edək! Özümüzün və yaxınlarımızın sağlamlığını qoruyaq!

Son xəbərlər

Orphus sistemi