Mikayıl Cabbarov: "Pandemiya və iqtisadi məhdudlaşmalar Azərbaycan iqtisadiyyatına ciddi təsir göstərir"

Mikayıl Cabbarov: "Pandemiya və iqtisadi məhdudlaşmalar Azərbaycan iqtisadiyyatına ciddi təsir göstərir"
Biznes
212
30 İyun , 2020 16:18
Mikayıl Cabbarov: Pandemiya və iqtisadi məhdudlaşmalar Azərbaycan iqtisadiyyatına ciddi təsir göstərir

İqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Elektron Kredit Platformasının təqdimatına həsr edilmiş brifinqdə dünya enerji və fond bazarlarında durğunluq, koronavirus pandemiyası səbəbindən tətbiq olunan məhdudiyyətlərin və yaranmış yeni çağırışların milli iqtisadiyyata təsirləri barədə danışıb.

“Report”un məlumatına görə, nazir bildirib ki, pandemiyanın mənfi təsirləri və neftin qiymətinin qeyri-sabitliyi nəticəsində iqtisadi fəallıq azalıb, iqtisadi tarazlıq pozulub, tətbiq edilmiş məhdudiyyətlər istehsal-emal-istehlak zəncirində qırılmalara səbəb olub: “Bununla belə, iqtisadiyyatda müşahidə olunan durğunluğa baxmayaraq, milli iqtisadiyyatı tənəzzülə apara biləcək vəziyyət yaranmayıb”.

M.Cabbarov qeyd edib ki, hazırda dövlət başçısı İlham Əliyevin təşəbbüsü və tapşırıqları əsasında hökumət milli iqtisadiyyata zərərləri minimallaşdırmaq üçün tədbirlər həyata keçirir: “Həyata keçirilən proqramlar vasitəsilə dövlət biznesə yaranmış şəraitdən daha az itkilərlə çıxmağa kömək etməyə çalışır”.

Xatırladaq ki, ölkədə 129 mindən çox sahibkarın bank hesabına 155 milyon manatdan çox maliyyə vəsaiti köçürülüb.