Pakistanlı iş adamları Sumqayıt Kimya Sənaye Parkında olub

Pakistanlı iş adamları Sumqayıt Kimya Sənaye Parkında olub Bu gün Pakistandan olan bir neçə şirkətin nümayəndəsi İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin Sumqayıt Kimya Sənaye Parkında olub.
Biznes
18 Avqust , 2022 15:00
Pakistanlı iş adamları Sumqayıt Kimya Sənaye Parkında olub

Bu gün Pakistandan olan bir neçə şirkətin nümayəndəsi İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin Sumqayıt Kimya Sənaye Parkında olub.

Bu barədə "Report"a Agentlikdən bildirilib.

Məlumata görə, qida məhsulları, tikinti materialları, mebel istehsalı və s. sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələrinə ölkəmizdə sənaye zonaları və aqroparklarda sahibkarlar üçün yaradılmış əlverişli investisiya imkanları barədə məlumat verilib, onlar mövcud biznes mühitindən yararlanmağa dəvət edilib.

Pakistanlı iş adamları Parkın rezidenti olan ALCO MMC-dəki istehsal prosesi ilə tanış olub.

Son xəbərlər

Orphus sistemi