Pakistan nümayəndə heyəti Azərbaycana səfərə gələcək

Pakistan nümayəndə heyəti Azərbaycana səfərə gələcək Bakı. 11 iyun. REPORT.AZ/ Pakistanın Ravalpindi şəhərindən olan iş adamlarından ibarət nümayəndə heyəti Azərbaycana səfər edəcək.
Biznes
11 İyun , 2018 13:06
Pakistan nümayəndə heyəti Azərbaycana səfərə gələcək

Bakı. 11 iyun. REPORT.AZ/ Pakistanın Ravalpindi şəhərindən olan iş adamlarından ibarət nümayəndə heyəti Azərbaycana səfər edəcək.

"Report" Pakistan KİV-inə istinadən xəbər verir ki, heyətə Ravalpindi Ticarət və Sənaye Palatasının (RTSP) prezidenti Zahid Lətif Xan rəhbərlik edəcək.

Nümayəndə heyəti iyulun 4-5-də Bakıda keçiriləcək 31-ci Nailiyyətlər mükafatlarının təqdimat mərasimində iştirak edəcək.

RTSP prezidentinin sözlərinə görə, səfər zamanı həmçinin azərbaycanlı iş adamları ilə görüşlər də planlaşdırılır.

Zahid Lətif Xan bildirib ki, Pakistan neft və qaz sahəsində Azərbaycanın təcrübəsindən yararlana bilər. O, həmçinin Bakıda Pakistan restoranının açılmasının mümkünlüyünü qeyd edib.

Son xəbərlər

Orphus sistemi