KOBİA: Özünüməşğulluqla bağlı sahibkarların sualları cavablandırılacaq

KOBİA: Özünüməşğulluqla bağlı sahibkarların sualları cavablandırılacaq İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə dekabrın 17-də, saat 11.00-da mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün “Özünüməşğulluq sahəsində mövcud dəstək mexanizmləri ilə bağlı yeniliklər” mövzusunda onlayn maarifləndirici tədbir keçiriləcək.
Biznes
14 Dekabr , 2019 16:10
KOBİA: Özünüməşğulluqla bağlı sahibkarların sualları cavablandırılacaq

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə dekabrın 17-də, saat 11.00-da mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün “Özünüməşğulluq sahəsində mövcud dəstək mexanizmləri ilə bağlı yeniliklər” mövzusunda onlayn maarifləndirici tədbir keçiriləcək.

"Report" bu barədə KOBİA-ya istinadən xəbər verir.

Məlumata görə, onlayn tədbirdə sahibkarlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin və KOBİA-nın nümayəndələri tərəfindən özünüməşğulluq proqramı və bu proqrama qoşulmaq üçün prosedurlar, ailə büdcəsinin dayanıqlı gəlir mənbələri hesabına formalaşdırılması məqsədilə həyata keçirilən dövlət dəstəyi tədbirləri və mexanizmləri, eləcə də “Aqrar Tədarük və Təchizat" ASC-nin özünüməşğulluğu dəstəkləyən layihələri barədə məlumatlandırılacaq, onları maraqlandıran suallar cavablandırılacaq.

Xatırladaq ki, tədbirə ölkənin istənilən yerindən internet vasitəsilə (kompyuter, planşet və mobil telefondan istifadə etməklə) qoşulmaq mümkündür.

Son xəbərlər

Orphus sistemi