Özbəkistanın iri sənaye istehsalçısı Azərbaycana investisiya yatıra bilər

Özbəkistanın iri sənaye istehsalçısı Azərbaycana investisiya yatıra bilər Özbəkistanın 12 sənaye müəssisəsini özündə birləşdirən “Uzkimyosanoat” SC Azərbaycana investisiya yatıra bilər
Biznes
24 Dekabr , 2022 15:09
Özbəkistanın iri sənaye istehsalçısı Azərbaycana investisiya yatıra bilər

Özbəkistanın 12 sənaye müəssisəsini özündə birləşdirən “Uzkimyosanoat” SC Azərbaycana investisiya yatıra bilər.

“Report”un İqtisadi Zonaların İnkişafı Agentliyinə (İZİA) istinadən verdiyi məlumata görə, bu barədə Özbəkistanın “Uzkimyosanoat” SC-nin İdarə Heyətinin sədri Yevgeni Korjikov ilə İZİA-nın İdarə Heyətinin sədri Elşad Nuriyev arasında Sumqayıt Kimya Sənaye Parkında keçirilən görüş zamanı bildirilib.

Məlumata görə, “Uzkimyosanoat” SC-nin tərkibində fəaliyyət göstərən şirkətlərin sənaye zonalarına investisiya yatırması, sənaye zonalarında istehsal olunan məhsulların ixrac imkanları, birgə layihələrin həyata keçirilməsi və digər əməkdaşlıq məsələləri müzakirə edilib.

Görüşdə sənaye zonaları və aqroparklar, burada sahibkarlar üçün mövcud investisiya imkanları barədə məlumat verilib, sənaye zonaları və aqroparkların təqdimatı nümayiş etdirilib.

Sonda qonaq Sumqayıt Kimya Sənaye Parkında görülmüş işlərlə, Sənaye Parkının rezidenti “SOCAR Polymer” MMC-nin fəaliyyəti ilə tanış olub.

Qeyd edək ki, “Uzkimyosanoat” SC 12 sənaye müəssisəsini, kənd təsərrüfatı sektoruna kimya məhsulları satan 13 regional distribütor təşkilatı, layihə və elmi-tədqiqat müəssisələrini özündə birləşdirir. Şirətin tərkibində fəaliyyət göstərən sənaye müəssisələrində 170-dən çox kimyəvi maddə istehsal olunur.

Son xəbərlər

Orphus sistemi