Özbəkistan Azərbaycanın KOB evi və KOB inkişaf mərkəzi təcrübəsinə maraq göstərir

Özbəkistan Azərbaycanın KOB evi və KOB inkişaf mərkəzi təcrübəsinə maraq göstərir İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Özbəkistanın Prezident Administrasiyası yanında İqtisadi Təhlil və İslahatlar Mərkəzinin rəhbəri Obid Hakimovla görüşüb.
Biznes
28 Oktyabr , 2021 09:23
Özbəkistan Azərbaycanın KOB evi və KOB inkişaf mərkəzi təcrübəsinə maraq göstərir

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Özbəkistanın Prezident Administrasiyası yanında İqtisadi Təhlil və İslahatlar Mərkəzinin rəhbəri Obid Hakimovla görüşüb.

Bu barədə "Report"a Agentlikdən bildirilib.

Məlumata görə, görüş Bakıda keçirilən Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti çərçivəsində baş tutubş. Görüşdə KOBİA-nın sahibkarlara göstəridiyi dəstək və xidmətlər barədə məlumat verilib. Özbəkistan nümayəndə heyəti Azərbaycandakı Kiçik və Orta Biznes (KOB) evlərinin və KOB inkişaf mərkəzlərinin (KOBİM) fəaliyyətinə xüsusi diqqət göstərib və bu təcrübəin öyrənilməsinə marağını ifadə edib.

Son xəbərlər

Orphus sistemi