Ötən ilin 11 ayında Azərbaycan Ukraynadan 778 ton balıq məhsulu idxal edib

Ötən ilin 11 ayında Azərbaycan Ukraynadan 778 ton balıq məhsulu idxal edib Bakı. 25 yanvar. REPORT.AZ/ 2018-ci ilin yanvar-noyabr aylarında Azərbaycan Ukraynadan 1,63 mln. ABŞ dolları dəyərində 777,7 ton hazır və konservləşdirilmiş balıq məhsulu idxal edib.
Biznes
1622
25 Yanvar , 2019 11:47
Ötən ilin 11 ayında Azərbaycan Ukraynadan 778 ton balıq məhsulu idxal edib
Report

Bakı. 25 yanvar. REPORT.AZ/ 2018-ci ilin yanvar-noyabr aylarında Azərbaycan Ukraynadan 1,63 mln. ABŞ dolları dəyərində 777,7 ton hazır və konservləşdirilmiş balıq məhsulu idxal edib.

“Report”un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Ukraynanın Dövlət Balıqçılıq Agentliyindən bildirilib.

Məlumata görə, ötən ilin 11 ayında ukraynalı istehsalçılar 8,4 mln. dollar dəyərində 4596 ton hazır və konservləşdirilmiş balıq məhsulu ixrac ediblər. Bu, 2017-ci ilin eyni dövrünə nisbətən 72 ton və yaxud 1,6% çoxdur. Dəyər ifadəsində isə bu məbləğ illik müqayisədə 28% çoxdur.

Hesabat dövründə ən iri alıcı Moldova olub. Bu ölkə 1,77 mln. dollar dəyərində 1 175,3 ton və konservləşdirilmiş balıq məhsulu idxal edib. Bu müddət ərzində Ukraynadan Belarusa 0,78 mln. dollar dəyərində 582 ton, Gürcüstana 0,76 mln. dollar dəyərində 687,8 ton, İsrailə isə 0,6 mln. dollar dəyərində 147,8 ton hazır və konservləşdirilmiş balıq məhsulu ixrac edilib. 

Son xəbərlər

Orphus sistemi