Ötən il İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sahibkarlığın İnkişafı Fondu tərəfindən Kiçik və Orta Sahibkarlıq (KOB) subyektlərinə 104,2 milyon manat məbləğində güzəştli kredit ayrılıb.
"Report" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında yazıb.
"Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2022-ci il ərzində 2 710 kiçik və orta həcmli layihəyə 104,2 milyon manat güzəştli kredit verilib. Sahibkarlara dövlət dəstəyi, stimullaşdırıcı tədbirlər və güzəştli kreditlər biznes fəaliyyəti üçün əlverişli mühitin yaradılmasını təmin edir", - deyə nazir əlavə edib.