Ötən il Gürcüstan Azərbaycana 98 mln. dollar dəyərində siqaret satıb

Ötən il Gürcüstan Azərbaycana 98 mln. dollar dəyərində siqaret satıb Tbilisi. 21 yanvar. REPORT.AZ / Ötən il Gürcüstandan siqaretin təkrar ixracı illik müqayisədə 254% artaraq 149 mln. dollar təşkil edib.
Biznes
21 yanvar 2019 08:57
Ötən il Gürcüstan Azərbaycana 98 mln. dollar dəyərində siqaret satıb
0 : 00
0 : 00

Tbilisi. 21 yanvar. REPORT.AZ / Ötən il Gürcüstandan siqaretin təkrar ixracı illik müqayisədə 254% artaraq 149 mln. dollar təşkil edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

2018-ci ildə Gürcüstandan təkrar ixrac olunmuş siqaretlərin 65,7%-i Azərbaycanın payına düşüb. Azərbaycan qonşu ölkədən 98 mln. dollar dəyərində siqaret idxal edib.

Ötən il Gürcüstanın siqaret idxalı isə 82% artaraq 186 mln. dollar təşkil edib.   

Son xəbərlər

Orphus sistemi