​Ötən il Azərbaycanın 36 sahibkarı Almaniyada ixtisasartırma kursu keçib

​Ötən il Azərbaycanın 36 sahibkarı Almaniyada ixtisasartırma kursu keçib Bakı Biznes Tədris Mərkəzi maarifləndirmə tədbirlərini davam etdirir
Biznes
11 Yanvar , 2016 12:43
​Ötən il Azərbaycanın 36 sahibkarı Almaniyada ixtisasartırma kursu keçib

Bakı. 11 yanvar. REPORT.AZ/ İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi Bakı şəhərində və regionlarda sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin, sahibkarlıq fəaliyyətinə yeni başlamaq istəyənlərin maarifləndirilməsi məqsədilə müxtəlif mövzularda 132 tədbir keçirib. 

İqtisadiyyat və Sənaye Nazirliyindən “Report”a verilən məlumata görə, 3 minə yaxın dinləyicinin iştirak etdiyi bu tədbirlərdə iştirakçılara korporativ idarəetmə standartları, biznes-planların tərtib edilməsi, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı, ixrac imkanlarının genişləndirilməsi, elektron ticarət və onun əhəmiyyəti və s. barədə ətraflı məlumat verilib.

Biznesin idarə olunması sahəsində kadrların ixtisasının artırılması üzrə Almaniyanın İqtisadiyyat və Energetika Nazirliyi ilə Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyi arasında imzalanan əməkdaşlıq haqqında Anlaşma Memorandumuna müvafiq olaraq, ötən il iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 36 sahibkar və gənc menecer, indiyədək isə 256 sahibkar Almaniyanın müxtəlif şəhərlərində ixtisasartırma kursu keçib.

Son xəbərlər

Orphus sistemi