Orxan Məmmədov: "KOBİA yeni yaşıl texnologiyaların tətbiqi üçün qrant proqramı hazırlayıb"

Orxan Məmmədov: "KOBİA yeni yaşıl texnologiyaların tətbiqi üçün qrant proqramı hazırlayıb" İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) KOB-ların yaşıl iqtisadiyyatda rolunun artırılmasına xüsusi əhəmiyyət verir və bu istiqamətdəki təşəbbüsləri yüksək qiymətləndirir.
Biznes
22 Oktyabr , 2021 12:27
Orxan Məmmədov: KOBİA yeni yaşıl texnologiyaların tətbiqi üçün qrant proqramı hazırlayıb
Orxan Məmmədov

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) KOB-ların yaşıl iqtisadiyyatda rolunun artırılmasına xüsusi əhəmiyyət verir və bu istiqamətdəki təşəbbüsləri yüksək qiymətləndirir.

"Report" xəbər verir ki, 24 oktyabr - BMT Gününə həsr olunmuş tədbirdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, KOB inkişaf mərkəzləri vasitəsilə KOB-ları maarifləndiririk: "Yaşıl enerji, təkrar xammal emalı və dairəvi iqtisadiyyat sahəsində cəlb olunan şirkətlərin müxtəlif yerli və beynəlxalq sərgilərdə iştirakını dəstəkləməklə fəaliyyətini təşviq edirik. KOBİA tərəfindən KOB-ların fəaliyyətini stimullaşdırmaq üçün xüsusi qrant proqramları da hazırlanıb və bunun icrasına başlanılıb.

Proqram yeni yaşıl texnologiyaların inkişafı, tətbiqi, yanacağa qənaət, təkrar emal və bu kimi bir sıra təşəbbüslərin reallaşmasına maliyyə dəstəyini göstərməyi özündə ehtiva edir. Kiçik və orta bizneslərin bu təşəbbüslərdə iştirakını nəzərdə tuturuq".

O bildirib ki, Agentlik KOB-lara yönələn tələblərin təşviqini genişləndirəcək

Son xəbərlər

Orphus sistemi