Orxan Məmmədov: “KOB klasterlərinin yaradılması istiqamətində iş aparılır”

Orxan Məmmədov: “KOB klasterlərinin yaradılması istiqamətində iş aparılır” Azərbaycanda KOB klasterlərinin yaradılması istiqamətində normativ və tənzimləmə bazasının tamamlanması üzərində iş aparılır.
Biznes
24 Noyabr , 2022 12:24
Orxan Məmmədov: “KOB klasterlərinin yaradılması istiqamətində iş aparılır”
Orxan Məmmədov

Azərbaycanda KOB klasterlərinin yaradılması istiqamətində normativ və tənzimləmə bazasının tamamlanması üzərində iş aparılır.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov “Məsləhət xidmətləri, yeni dəyər zənciri modellərinin yaradılması və aqroturizmin inkişafı vasitəsilə yerli ərzaq istehsalçılarının və aqro-biznes sahibkarlarının təşviqi” layihəsinə dair konfransda bildirib.

“Ölkəmizdə aqrar sektorda yeni, dayanıqlı dəyər zəncirinin, eləcə də yüksək əlavə dəyərin yaradılmasına təkan verəcək bir sıra təşkilati-fəaliyyət formalarının tətbiqi üçün də geniş perspektivlər mövcuddur. Bu baxımdan, bir sıra vergi güzəştlərini nəzərdə tutan KOB klasterlərinin yaradılmasını qeyd etmək olar. Hazırda sözügedən modelin tətbiqi ilə bağlı normativ və tənzimləmə bazasının tamamlanması üzərində işlər gedir”, - deyə o, qeyd edib.

Bundan başqa, O.Məmmədov deyib ki, aqrar sektorda müasir tələblərə cavab verən infrastrukturun yaradılmasında dövlət-özəl sektor tərəfdaşlığı, beynəlxalq terminologiya ilə desək PPP layihələrinin tətbiqi mühüm əhəmiyyət kəsb edir: “Ölkəmizdə “Tik - İdarə et - Təhvil ver” modeli üzrə qanunvericilik bazası var və PPP layihələrinin dəstəklənməsi, əlaqələndirilməsi və bu tip layihələrdə KOB-ların iştirakının genişləndirilməsi məqsədilə KOBİA-nın strukturunda Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzi fəaliyyət göstərir".

Son xəbərlər

Orphus sistemi