“ONVOLT” şirkəti yeni “IM Motors LS6” avtomobilini təqdim edəcək - FOTO

“ONVOLT” şirkəti yeni “IM Motors LS6” avtomobilini təqdim edəcək - FOTO Çinin ən nəhəng avtomobil konserni olan “SAIC Motor”, “Alibaba Group” və “Zhangjiang Hi-Tech” ilə birgə istehsal etdiyi “IM Motors” elektrik avtomobilləri markasının Azərbaycanda rəsmi idxalçısı olan “ONVOLT” MMC, brendə aid olan yeni 3-cü modelini - IM L
Biznes
16 noyabr 2023 06:30
“ONVOLT” şirkəti yeni “IM Motors LS6” avtomobilini təqdim edəcək - FOTO

Çinin ən nəhəng avtomobil konserni olan “SAIC Motor”, “Alibaba Group” və “Zhangjiang Hi-Tech” ilə birgə istehsal etdiyi “IM Motors” elektrik avtomobilləri markasının Azərbaycanda rəsmi idxalçısı olan “ONVOLT” MMC, brendə aid olan yeni 3-cü modelini - IM LS6-nı təqdim edəcək.

Bu barədə "ONVOLT" şirkətinin marketinq meneceri Məmməd İsmayılov məlumat verib.

O, bildirib ki, cari ilin yayında təqdim olunan IM LS7-dən fərqli olaraq, bu model daha kompakt ölçülərə malik lüks SUV kupe seqmentinə aiddir.

“IM LS6” bu ilin avqust ayında Çin avtomobil sərgisində təqdim olunub. 4904x1988x1669 ölçülərə malik bu elektrik krossover təchizatdan asılı olaraq 309-776 at gücünə və 560-760 km məsafəni qət etmək imkanlarına malikdir. Avtomobillərə 4 il və ya 100.000 km batareyalarına isə 8 il və ya 200 000 km zəmanət verilir.

Peşəkar avtomobil satışı və texniki xidmət göstərilməsi təcrübəsinə malik olan şirkətin komandası “ONVOLT” MMC-ni həmdə Skywell elektrik avtomobillərinin Azərbaycanda rəsmi idxalçısıdır.

Ətraflı məlumat üçün +994 99 440 0007 əlaqə saxlayıb və ya Ceyhun Hacıbəyli 194 (Skywell satış mərkəzi) ünvanına yaxınlaşa bilərsiniz.

Son xəbərlər

Orphus sistemi