Gürcüstandan ölkəyə qanunsuz spirtli içki gətirilməsinin qarşısı alınıb

Gürcüstandan ölkəyə qanunsuz spirtli içki gətirilməsinin qarşısı alınıb Qərb Ərazi Baş Gömrük İdarəsinin Qırmızı Körpü gömrük postunda Gürcüstandan gələn bu ölkə vətəndaşının idarə etdiyi Mercedes-Benz markalı nəqliyyat vasitəsi saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub.
Biznes
27 Avqust , 2019 13:19

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn bu ölkə vətəndaşının idarə etdiyi "Mercedes-Benz" markalı nəqliyyat vasitəsi saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub.

Dövlət Gömrük Komitəsindən “Report”a verilən məlumata əsasən, Gürcüstan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı avtomobildə gömrük nəzarətinə bəyan olunmayan və gizlədilən 12 ədəd 1 litrlik və 6 ədəd 0,5 litrlik "Nemiroff" markalı spirtli içkilər aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi