“Aqualink” şirkətinin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilati dəstəyi ilə mayın 30-da Bakıda dünyanın aparıcı su mütəxəssisləri və ekoloqlarının iştirakı ilə II Xəzər Su İnnovasiya Forumu keçirilib.
“Gələcək üçün su!” şüarı ilə keçirilmiş bu ilki foruma qeyd olunmuş sahələr üzrə 15 ölkədən 26 aparıcı şirkət, o cümlədən 60-dan beynəlxalq səviyyəli peşəkar mütəxəssislər iştirak edib.
İctimaiyyətdə və biznes dairələrində böyük maraq yaradan bu tədbiri ümumilikdə 300-dən çox qonaq ziyarət edib.
Su texnologiyaları və kimya həlləri sahəsində dünyanın aparıcı şirkətlərindən olan “AO Smith”, “Nijhuis Saur İndustries”, “Unidro”, “PWNT”, “ARC Water Technologies", “Jumo” şirkətlərinin baş sponsorluğu “Ultraaqua”, “Sirab” və “Azərsu” ASC-nin sponsorluğu, "Caspian Energy Club"un netvörkinq tərəfdaşlığı, Azərbaycan Sahibkarlar Konfederasiyasının tərəfdaşlıq dəstəyi ilə təşkil edilmiş Forumda Amerika Birləşmiş Ştatları, Almaniya, İtaliya, Fransa, Niderland, Danimarka, Belçika krallıqlarınin, Türkiyə, Ukraina, İzrail, Yaponiya və s. ölkələrinin aparıcı və tanınmış şirkətləri öz təcrübələrini yerli sahibkarlarımızla paylaşıb.
Forumun təşkilatçısı “Aqualink” şirkəti tədbirə dəstək edən və qoşulan bütün qurum və şirkətlərə dərin minnətdarlığını bildirir, “Gələcək üçün su!” şüarını altında ölkəmizin su resurslarının qorunması və düzgün idarəedilməsi üzrə səylərin artırılmasına çağırır.
Facebook: https:
İnstaqram: https:
Linkedln: