Ölkə ərazisinə qanunsuz yollarla gətirilən külli miqdarda siqaret aşkar edilib

Ölkə ərazisinə qanunsuz yollarla gətirilən külli miqdarda siqaret aşkar edilib Dövlət Gömrük Komitəsinin (DGK) Bakı və Sumqayıt Baş Gömrük İdarələrinin əməliyyat bölmələrinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində ölkə ərazisinə qanunsuz yollarla gətirilən, Azərbaycanın aksiz markası ilə markalanmayan və ölkə
Biznes
22 oktyabr 2022 08:03
Ölkə ərazisinə qanunsuz yollarla gətirilən külli miqdarda siqaret aşkar edilib

Dövlət Gömrük Komitəsinin (DGK) Bakı və Sumqayıt Baş Gömrük İdarələrinin əməliyyat bölmələrinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində ölkə ərazisinə qanunsuz yollarla gətirilən, Azərbaycanın aksiz markası ilə markalanmayan və ölkə ərazisində qanunsuz satışı nəzərdə tutulan külli miqdarda siqaret aşkar edilərək götürülüb.

“Report” DGK-ya istinadən xəbər verir ki, Bakı şəhərində Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsindən 35 400 ədəd, Sumqayıt şəhəri ərazisində Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsindən 57 560 ədəd, ümumilikdə 2 fakt üzrə 92 960 ədəd müxtəlif markalı siqaret aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi