“Nissan” tamamilə elektromobil istehsalına nə vaxt keçəcəyini açıqladı

“Nissan” tamamilə elektromobil istehsalına nə vaxt keçəcəyini açıqladı Yaponiyanın aparıcı avtomobil istehsalçısı “Nissan" şirkəti 2030-cu illərin əvvəlindən tamamilə elektromobil istehsalına başlayacaq.
Biznes
27 Yanvar , 2021 16:33
“Nissan” tamamilə elektromobil istehsalına nə vaxt keçəcəyini açıqladı

Yaponiyanın aparıcı avtomobil istehsalçısı “Nissan" şirkəti 2030-cu illərin əvvəlindən tamamilə elektromobil istehsalına başlayacaq.

“Report” xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, "Nissan" həmin vaxta qədər elektromobil istehsalı üzrə dünya liderlərindən biri olacaq. Bu hədəf şirkətin 2050-ci ilə qədər karbon emissiyasını sıfırlamaq istəyinin bir hissəsidir.

Xatırladaq ki, ötən il “Nissan" 2023-cü ilə qədər istehsal etdəcəkləri məhsulların 60 %-nin elektromobillərin payına düşəcəyini bəyan etmişdi.

Son xəbərlər

Orphus sistemi