“Nissan” “Renault” ilə ittifaqdan çıxmaq planının hazırlanmasını sürətləndirib

“Nissan” “Renault” ilə ittifaqdan çıxmaq planının hazırlanmasını sürətləndirib Avtomobil istehsalçısı olan “Nissan” şirkəti “Renault - Nissan – Mitsubishi” alyansının keçmiş rəhbəri Karlos Qon ilə bağlı yaşanan qalmaqal fonunda “Renault” ilə ittifaqdan çıxmaq planının hazırlanmasını sürətləndirib.
Biznes
13 Yanvar , 2020 11:31
“Nissan” “Renault” ilə ittifaqdan çıxmaq planının hazırlanmasını sürətləndirib

Avtomobil istehsalçısı olan “Nissan” şirkəti “Renault - Nissan – Mitsubishi” alyansının keçmiş rəhbəri Karlos Qon ilə bağlı yaşanan qalmaqal fonunda “Renault” ilə ittifaqdan çıxmaq planının hazırlanmasını sürətləndirib.

“Report” “Kommersant”a istinadən xəbər verir ki, bu barədə “Financial Times” şirkət rəhbərliyindəki mənbələrə istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, istehsalat və mühəndis-texniki sahələrində əməkdaşlığa son qoyulması, “Nissan”ın idarə heyətində dəyişikliklər edilməsi planlaşdırılır. Eyni zamanda nəşr qeyd edir ki, əməkdaşlığa son qoyulması rəqabət mühitində çalışmaq üçün yeni tərəfdaşların tapılmasına ehtiyac yaradacaq.

Xatırladaq ki, 2018-ci ilin noyabr ayından bəri Yaponiyada istintaq altında olan, maliyyə fırıldaqlarında günahlandırılan Karlos Qon ötən il dekabrın 31-də “ev dustağı” olduğu yerdən qaçaraq Livanda olduğunu açıqlayıb. Livanın isə Yaponiya ilə qarşılıqlı ekstradisiya sazişi yoxdur.

Son xəbərlər

Orphus sistemi