“Nissan" 20 min işçisini ixtisar edəcək

“Nissan" 20 min işçisini ixtisar edəcək Yaponiyanın aparıcı avtomobil istehsalçısı “Nissan Motor” şirkəti xərclərini azaltmaq məqsədi ilə 20 min işçisini ixtisar etməyə hazırlaşır.
Biznes
22 May , 2020 11:17
“Nissan 20 min işçisini ixtisar edəcək

Yaponiyanın aparıcı avtomobil istehsalçısı “Nissan Motor” şirkəti xərclərini azaltmaq məqsədi ilə 20 min işçisini ixtisar etməyə hazırlaşır.

“Report” “Reuters” agentliyinə istinadən xəbər verir ki, ixtisarlar əsasən şirkətin Avropa və inkişaf etməkdə olan ölkələrdəki müəsisələrində və nümayəndəliklərində aparılacaq.

Prosesə “Nissan”ın gələn həftə orta müddətli strategiyasını elan etdikdən sonra start veriləcəyi bildirilir. 

Xatırladaq ki, son 3 ildə "Nissan" gəlirlərini ardıcıl olaraq artırsa da, koronavirus (COVID) pandemiyası şirkətin maliyyə vəziyyətinə mənfi təsir edib. 

Son xəbərlər

Orphus sistemi