Azərbaycan Rusiyanın Nijni Novqorod vilayəti ilə ticarət dövriyyəsini 13% artırıb

Azərbaycan Rusiyanın Nijni Novqorod vilayəti ilə ticarət dövriyyəsini 13% artırıb Azərbaycan 2019-cu ilin yanvar-noyabr ayları ərzində Rusiyanın Nijni Novqorod vilyati ilə 36 milyon ABŞ dolları dəyərində ticarət dövriyyəsi həyata keçirib.
Biznes
31 Yanvar , 2020 14:21
Azərbaycan Rusiyanın Nijni Novqorod vilayəti ilə ticarət dövriyyəsini 13% artırıb

Azərbaycan 2019-cu ilin yanvar-noyabr ayları ərzində Rusiyanın Nijni Novqorod vilyati ilə 36 milyon ABŞ dolları dəyərində ticarət dövriyyəsi həyata keçirib.

“Report”un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə vilayətin qubernatoru Qleb Nikitin bildirib.

Onun sözlərinə görə, bu, 2018-ci ilin eyni dövrü ilə müqayisədə 13% çoxdur. 11 ay ərzində vilayətin Azərbaycana ixracının ümumi dəyəri 14% artıb. 

Ümumiyyətlə, isə hesabat dövündə Nijni Novqorodf vilayəti postsovet ölkələri ilə ticarət dövriyyəsini artırıb. Belə ki, vilayətin ixracının 90%-i postsovet ölkələrinin payına düşüb.

Qubernator bildirib ki, bu dövr ərzində vilayət Özbəkistanla ticarət dövriyyəsinin dəyəri 49% artaraq 102 milyon dollar təşkil edib. Bu ölkəyə vilayətdən əsas avtomobil nəqliyyatı vasitələri ixrac edilib.

Bundan başqa, Qazaxıstanla ticarət dövriyyəsinin dəyəri 9% artaraq 280 milyon dollar, Ermənistanla isə ticarət dövriyyəsinin dəyəri 16% artaraq 33 milyon dollar təşkil edib.

Bu müddət ərzində Nijni Novqorod vilayətinin Qazaxıstana ixracı 14%, Ermənistana 13% artıb. Həmçinin, vilayətin Türkmənistan, Gürcüstan və Qırğız Respublikasına da ixracı artıb. 

Son xəbərlər

Orphus sistemi