"Nexon"un yaradıcısı şirkəti 9 milyard dollara satır

"Nexon"un yaradıcısı şirkəti 9 milyard dollara satır Bakı. 5 yanvar. REPORT.AZ/ Koreyanın kompüter oyunları üzrə aparıcı şirkəti Nexonun yaradıcısı və sahibi olan Kim Çjon Çju şirkətin ona və həyat yoldaşına məxsus bütün səhmlərini satmağı qərara alıb.
Biznes
5 Yanvar , 2019 17:43
Nexonun yaradıcısı şirkəti 9 milyard dollara satır

Bakı. 5 yanvar. REPORT.AZ/ Koreyanın kompüter oyunları üzrə aparıcı şirkəti "Nexon"un yaradıcısı və sahibi olan Kim Çjon Çju şirkətin ona və həyat yoldaşına məxsus bütün səhmlərini satmağı qərara alıb.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, sövdələşmənin təxmini dəyəri 9 milyard dollar civarında qiymətləndirilir.

Bu, Cənubi Koreyanın tarixində ən böyük şirkət satışı olmalıdır.

Kim Çjon Çjunun şirkəti satmaq qərarına gəlməsinə Koreya qanunvericiliyinin sərtləşdirilməsi, oyunlara qarşı yeni məhdudiyyətlərin tətbiqi, eləcə də rəqabət, son iki ildə sahibkarı təqib edən müxtəlif araşdırmalar və ittihamlar səbəb olub.

Məhdudiyyətlər Kimi şirkətin mənzil-qərargahını Yaponiyaya köçürməyə məcbur edib.

Qeyd edək ki, şirkət Cənubi Koreyanın video oyunlarının flaqmanı və rəmzi sayılır. "Nexon Group" dünyanın 190 ölkəsində oynanılan toplamda 80 oyuna xidmət göstərir.

Son xəbərlər

Orphus sistemi