"NEQSOL Holding" “YAŞAT” Fonduna 500 min manat vəsait ayırıb

"NEQSOL Holding" “YAŞAT” Fonduna 500 min manat vəsait ayırıb "NEQSOL Holding" Novruz bayramı münasibətilə “YAŞAT” Fonduna 500 min manat vəsait ayırıb.
Biznes
18 Mart , 2023 14:52
NEQSOL Holding “YAŞAT” Fonduna 500 min manat vəsait ayırıb

"NEQSOL Holding" Novruz bayramı münasibətilə “YAŞAT” Fonduna 500 min manat vəsait ayırıb.

Holdinqin qərarı ilə məbləğin yarısı tərkibində olan "Bakcell" şirkəti tərəfindən ianə şəklində fondun hesabına köçürülüb. Vəsaitin digər yarısı isə "NEQSOL Holding"in dəstəyi ilə “YAŞAT” Fondu tərəfindən bu il icra ediləcək xüsusi sosial layihələrə ayrılıb.

“YAŞAT” Fonduna köçürülən ianə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda mübarizədə yaralanaraq əlilliyi təyin olunmuş şəxslərin və şəhid ailəsi üzvlərinin müalicə və psixoloji dəstək, eləcə də təhsil xərclərinin maliyyələşdirilməsi və digər sosial ehtiyacları üçün nəzərdə tutulur.

Xüsusi layihələr çərçivəsində isə "NEQSOL Holding"in maliyyə dəstəyi ilə “YAŞAT” Fondu tərəfindən 1 000 nəfərdən çox məktəbli şəhid övladının bu ilin sentyabr ayında 1 illik müddət üçün məktəb ləvazimatları ilə təminatı və digər sosial layihələrin icrası da nəzərdə tutulur.

Beləliklə, 2021-ci ildən etibarən köçürülmüş ianələr və hazırkı məbləğ də daxil olmaqla, "NEQSOL Holding"in qərarı ilə tərkibindəki "Bakcell", "Norm", "Azerconnect" və "Nobel Energy" şirkətləri “YAŞAT” Fonduna ümumilikdə 3,2 milyon manat vəsait ayırıb.

"NEQSOL Holding" qarşıdan gələn Novruz bayramı münasibətilə bütün Azərbaycan xalqını təbrik edir, hər kəsə cansağlığı, xoşbəxtlik və firavan gələcək arzulayır.

"NEQSOL Holding" doqquz ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur.

Son xəbərlər

Orphus sistemi